2 aprel 2013 11:38
İnter avtomobil qalmaqalı ilə bağlı bəyanat yaydı
“İnter” bəyanat yayıb. Azerisport.az həmin bəyanatı olduğu kimi, diqqətinizə çatdırır:
“Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində 30.3.2013-cü il tarixdə keçirilən "İnter" - "Neftçi" matçından sonra qarşılaşmanın baş hakimi Anar Salmanova məxsus avtomobilə zərər vurulması barədə Kütləvi İnformasiya Vasitələrində yayılan xəbərlərlə tanış olduq.

"İnter"in rəhbərliyi belə bir hərəkətə yol verilməsini qınayır və günahı olan şəxs və ya şəxslərin tezliklə məsuliyyətə cəlb olunacağına ümid edir”.