2 aprel 2013 11:53
Azərbaycan millisi dünya reytinq sıralamasında 13-cü pilləyə yüksəldi
Dünyanın futzal üzrə yığma komandalarının yeni reytinq cədvəli açıqlanıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması bu siyahıda irəliləyişə nail olub.
Belə ki, komandamız 13-cü sıraya yüksəlib. Joze Alesionun çalışdırdığı millimizin hesabında hazırda 1356 reytinq xalı var.
Qeyd edək ki, bu irəliləyişə səbəb futzalçılarımızın bir neçə gün öncə Slovakiyada keçirilən Avropa Çempionatının əsas seçmə mərhələsinin 2-ci qrupu çərçivəsində baş tutmuş hər üç oyununda qələbə qazanması səbəb olub. Komandamız ardıcıl olaraq Norveç (6:0), Bosniya-Herseqovina (3:2) və Slovakiyaya (2:1) qalib gəlmişdi.
Bütövlükdə isə, reytinq cədvəlinə 1982 xala malik Braziliya başçılıq edir. İspaniya (1975) ikinci, İtaliya (1782) üçüncüdü.
