2 aprel 2013 12:22
Subaşiçlə Cavadov Neftçi ilə oyunda da Qarabağa kömək edə bilməyəcək
“Qarabağ” “Neftçi” ilə oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 25-ci turunda liderlə qarşılaşacaq ağdamlılar “Qəbələ”ylə görüşdən sonra dərhal məşqlərə start verib.
Bu gün komandanın 2 məşqi nəzərdə tutulub. “Qarabağ”ın ilk çalışması 11:00-da baş tutub. 2-ci məşq isə 16:00-a nəzərdə tutulub. Məşqlər Suraxanı qəsəbə stadionu keçirilir.
Branimir Subaşiç və Vaqif Cavadovun zədəsi davam edir. Adıçəkilən oyunçuların “ağ-qaralar”la oyunu buraxacağı dəqiqdi. Əvəzində cəza üzündən “Qəbələ” ilə oyunu buraxan Vüqar Nadirov baş məşqçi Qurban Qurbanov şans verəcəyi təqdirdə “Neftçi”ylə görüşdə komandaya kömək edə biləcək.
Qeyd edək ki, “Neftçi” – “Qarabağ” görüşü aprelin 6-da “Bakcell Arena”da keçiriləcək və saat 17:00-da start götürəcək.
