3 aprel 2013 00:27
Qəbələ Ukrayna toplanışını yekunlaşdırdı
"Qəbələ"nin 14 yaşa qədər futbolçulardan ibarət komandası Ukraynanın Donetsk şəhərindəki təlim-məşq toplanışını yekunlaşdırıb. Azerisport.az xəbər verir ki, toplanışın son günündə komanda "Şaxtyor"un bazasını və "Donbass Arena"nı gəzib, klubun təsisləri ilə yaxından tanış olub.
Daha sonra "Qəbələ" toplanış çərçivəsində son yoxlama oyununu keçirib. Yerli "Metallurq"la qarşılaşan təmsilçimiz matçdan sülhlə ayrılıb - 1:1. "Qırmızı-qaralar"ın yeganə qoluna Fərid Nəbiyev imza atıb.
Xatırladaq ki, “Qəbələ” Ukraynada 3 yoxlama oyunu keçirib. İlk görüşdə "Şaxtyor-2" üzərində 4:0-lıq qələbə qazanan "Qəbələ", ikinci matçda "Şaxtyor"a 1:9 hesabilə məğlub olmuşdu.
