3 aprel 2013 00:43

Xəzər Lənkəranda daha bir ilk

Alvaro Silva “Xəzər Lənkəran”ın tarixində qol sevinci yaşayan ilk ispaniyalı olub. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 24-cü turunun AZAL-la oyununda qol hesabını açan müdafiəçiyədək onun heç bir həmyerlisi bu komandanın heyətində qol sevinci yaşamamışdı.
 
Ümumilikdə isə Alvaro klub tarixində rəqib qapısına yol tapan 81-ci futbolçu oldu. Bu 81 oyunçudan başqa daha 7 rəqib futbolçu öz qapısına qol vurub. “Xəzər Lənkəran”ın qol vuran oyunçularına gəlincə isə onların 29-u yerli, 52-si əcnəbi futbolçudur. Milliləşənləri də nəzərə almaqla ilk ispaniyalıya qədər fərqlənən 51 legioner 21 ölkəni təmsil edirdi:
 
Rumıniya – 12, Braziliya – 8, Türkiyə - 5, Bolqarıstan – 4, Portuqaliya, Kosta Rika, Argentina, Albaniya, Serbiya – hərəsindən 2, Nigeriya, Moldova, Mali, Kolumbiya, Honduras, Fransa, Fil Dişi Sahili, Almaniya, Xorvatiya, Sloveniya, Syerra Leone, Yunanıstan – hərəsindən 1. İspaniya bu siyahıda 22-ci ölkə oldu.
 
Qeyd edək ki, “Xəzər Lənkəran”da qol vuran 81 oyunçudan 74-ü Premyer Liqa matçlarında fərqlənib.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.