3 aprel 2013 00:52
“Bizim məqsədimiz yığma komanda üçün ehtiyat futbolçular hazırlamaqdı”
“İnter”in Uşaq Gənclər Futbol Məktəbinin inkişaf layihəsinin rəhbəri Valentin Xodukin sayca ikinci dəfə keçiriləcək İBAR CUP turniri barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, klub saytına açıqlamasında bunları dilə gətirib:
“Məlum olduğu kimi, 2016-cı idə Azərbaycanda U-17 milli komandaları üçün Avropa Çempionatı keçiriləcək. Bizim məqsədimiz yığma komanda üçün ehtiyat futbolçular hazırlamaqdı. Biz futbolçularımızın səviyyəsini yoxlamaq və bununla da milli komandaya kömək etmək istəyirik. Bundan başqa, bu turnir Avropanın müxtəlif ölkələrinin futbolçularının hansı oyun tərzinə üstünlük verdiklərini izləmək üçün də böyük imkandı. Turnirin çoğrafiyası kifayət qədər genişdi. Burada Avropanın qərb, şimal və şərq bölgələrindən olan komandalar var. Biz çox şeyin şahidi olacağıq və bu klublardan nəsə öyrənəcəyik, bunu öz işimizdə tətbiq etməyə çalışacağıq.
Azərbaycan Beynəlxalq Bankın əsas funksiyalarından biri ölkənin ictimai həyatında fəal iştirak etməkdən ibarətdi. Belə ki, daha çox uşaq idmana, futbola cəlb olunur. Mən hesab edirəm ki, belə turnirlər uşaqların futbola və sağlam həyat tərzinə cəlb olunmalarında böyük rol oynayır. Xoşdu ki, turnir daimi status aldı. Etiraf edim ki, biz Avriopanın bir çox klubuna müraciət etmişik və turnirdə iştirak etmək istəyənlərin sayı çoxdu. Ötənilki turnir kifayət qədər uğurlu oldu. Düşünürəm ki, bizim turnir futbolsevərlər üçün yaxşı hədiyyə olacaq”.
