2 aprel 2013 12:55
AFFA yalnız Neftçi, İnter və AZAL-ı cəzalandırdı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 24-cü turunun oyunlarındakı qanun pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Xəzər Lənkəran” – AZAL matçının 72-ci dəqiqəsində qonaqların futbolçusu Junior Aylton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.
“İnter” – “Neftçi” ” matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 28-ci dəqiqəsində “Neftçi”nin azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Matçın 74-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Rəşad Sadiqov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub.
