2 aprel 2013 13:03
Hakim təhqir etdi, 4 oyunluq cəzalandırıldı
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olnan ölkə çempionatının 24-cü turunun, eləcə də Birinci Divizionun 19-cu turunun oyunlarındakı qanun pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
Əvəzedicilərin çempionatında “İnter” – “Neftçi” oyunun 44-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Vüsal Səfərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.
Birinci Divizionunun19-cu turunun “Neftçala” – MOİK matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Şahdağ” – “Tərəqqi” matçının 76-cı dəqiqəsində qonaqların futbolçusu Orxan Əlibalayev idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Şəmkir” – “Energetik” matçının 65-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Anar Rzayev hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanıb, klubu 400 manat cərimə olunub.
