2 aprel 2013 13:29
“Xəzər Lənkəranın yeri ikinci altılıq deyil”
“Kəpəz”in sabiq baş məşqçisi Mehman Allahverdiyevin azerisport.az saytına müsahibəsi
- Son turda “İnter”i məğlub edən “Neftçi” liderliyini bir qədər də möhkəmləndirdi. Çempionluq mübarizəsini necə qiymətləndirərdiniz?
- Hər şeyə obyektiv baxmaq lazımdı. Hazırda “Neftçi” Premyer Liqanın ən güclü komandasıdı. Bunu etiraf etməliyik. Əlbəttə, ilk altılıqda zəif komanda yoxdu. Amma bu klub digərlərindən bir addım öndədi.

- “İnter” bu məğlubiyyətlə təkcə liderdən aralı düşmədi, həm də “Qarabağ”ın özünə yaxınlaşmasına şərait yaratdı...
- Ümumiyyətlə, son turun nəticələri elə də təəccüblü olmadı. “Qarabağ” da nəyəsə nail olmaq istəyirsə, “Qəbələ”ni məğlub etməyə borclu idi. Hələ öncədən də demişdim ki, çempionluğa əsas namizədlər “Neftçi”, “İnter” və “Qarabağ” olacaq.
- “Bakı”nın səfərdə “Simurq” üzərindəki qələbəsi də gözlənilməzdi?
- “Simurq” haqda da demişdim ki, bu komanda yüksək yerlər uğrunda uzun müddət mübarizə apara bilməyəcək. Düzdü, komandanın yaxşı potensialı var. Amma bu, hələlik yetərli deyil. Son oyuna gəlincə, hər iki komanda qalib gələ bilərdi. “Bakı” daha şanslı çıxdı.

- Sizcə, ilk altılıqda hazırda nə çatışmır?
- Məncə, ilk altılıqda “Xəzər Lənkəran”la AZAL çatışmır. Bu komandaların yeri ikinci altılıq deyil. Xüsusilə də “Xəzər Lənkəran”ın.

- Sizcə, Con Toşak “Xəzər Lənkəran”a faydalı olacaq?
- Mənim fikrimcə, Yunis Hüseynov bu komandadan getməməli idi, işini davam etdirməliydi. Ondan sonra gələ ispaniyalı mütəxəssisdə demək olar ki, heç nə alınmadı. Toşak kifayət qədər təcrübəli mütəxəssisdi. Vaxtilə “Real”, “Beşiktaş” və daha bir neçə tanınmış klublarda çalışıb. Amma onun burdakı işinin necə alınacağına dair heç nə deyə bilmərəm. Onunla şəxsi tanışlığım da yoxdu, iş sistemini bilmirəm. Ona görə də hansısa mülahizə yürütmək çətindi.

- Bu yaxınlarda Premyer Liqanın formatı da dəyişdi...
- Məncə, çempionatımız 10 komandalı sistemə çoxdan keçməli idi. Çünki bəzi klublarımız var ki, ciddi maliyyə problemləri içindədilər. “Kəpəz”, “Turan” ciddi çətinliklərlə üz-üzədilər. Yaxud “Sumqayıt”ı AFFA saxlayır. Amma bu da düz deyil. Bu qərar nə qədər faydalı olsa da, ədalətli də deyil. Ona görə ki, elitanı iki klub tərk edəcək, Birinci Diviziondan Premyer Liqaya çıxmağa can atan klublar yenə yerində qalmış olacaqlar.
- Bəs öz planlarınızda nə kimi yenilik var?
- Heç bir klubdan rəsmi təklif almamışam. Bəzən bizdə hansısa mütəxəssis haqda danışanda deyirlər ki, guya o, nə edib ki, təklif də göndərək? Mən belə açıqlamaları başa düşə bilmirəm. Biz güclü heyətə malik olmayan, maliyyə problemləri içində üzən klublarla nəyə nail ola bilərik ki? Bunu təkcə özüm haqda demirəm. Məsələn, götürək elə Əfqab Talıbovu. Onun heç bir məşqçi uğuru yoxdu. Amma bununla onun pis məşqçi olduğunu demirəm. Əksinə, çox yaxşı mütəxəssisdi. Siz “Turan”ın o gələndən sonra necə oynadığını görürdünüz? Zaman keçdikcə komanda yenə əvvəlki günlərini xatırlatmağa başladı. Bunun günahı isə Talıbovda deyildi. Sadəcə, lazım olan şərait yoxdu. Mənim yadımdadı Böyükağa Hacıyev “Standard” klubunda necə çalışırdı. Məgər həmin komanda ilə uğur qazana bildi? Amma indi hər cür şəraitə, imkana malik “Neftçi” ilə tarix yazır, avrokubokların qrup mərhələsində çıxış edir. Mən də özümü məhz bu cür şəraitə, imkana malik olan klublarda sınamaq istərdim.