2 aprel 2013 13:44
Xəzər Lənkəran Kəpəzlə matçın hazırlığına başladı (FOTO)
AZAL-la oyun sonrası verilən bir günlük istirahətdən sonra “Xəzər Lənkəran” bu gün məşqlərinə start verib. Azerisport.az xəbər verir ki, bu günə təyin olunan yeganə məşq ehtiyat meydançada saat 10:30-da başlayıb və Con Toşakın rəhbərliyi altında futbolçular toplu çalışmalar ilə müxtəlif tarşırıqları yerinə yetiriblər.
Hazırda “Xəzər Lənkəran”ın heyətində zədəli futbolçu yoxdu və qarşıdakı turda Gəncənin “Kəpəz” klubunun qonağı olacaq komanda cümə axşamına qədər hazırlığını Lənkərandakı bazasında sürdürəcək.
