3 aprel 2013 01:46
Elnur Allahverdiyev Xəzər Lənkərana kömək edə bilməyəcək
“Xəzər Lənkəran” Topaz Premyer Liqasının 25-ci turunda qarşılaşacağı “Kəpəz”lə oyunun hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, cənub klubu bu gün Lənkərandakı hazırlıqları tamamlayacaq.
Sabah isə Con Toşak və komandası Bakıya yola düşəcək. Çünki Gəncə klubu ilə qarşılaşma Bakıdakı “Dalğa Arena”da keçiriləcək.
Maraq üçün qeyd edək ki, komandanın heyətində zədəli futbolçu yoxdu. Sadəcə, sarı vərəqə limitini aşdığı üçün cəzalı duruma düşən Elnur Allahverdiyev “Kəpəz”lə oyunda komandasına kömək edə bilməyəcək.
