2 aprel 2013 13:54

İnter: Neftçidən Neftçiyə qədər

Bakının “İnter” klubu cari mövsümdə ilk ev məğlubiyyətini alıb. Azerisport.az xəbər verir ki, Topaz Premyer Liqasının 24-cü turunda “Neftçi”yə 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri martın 30-da baş tutan oyunadək cari mövsümdə öz meydanında uduzmayan yeganə komanda idi.
 
“İnter” öz meydanında 15 məğlubiyyətsiz oyundan sonra məğlub olub. Bakılılar sonuncu dəfə ötən il martın 18-də yenilmişdi. İndi olduğu kimi həmin vaxt da final mərhələsinin – ilk “altılığ”ın 1-ci ev oyununda “İnter”i “Neftçi” məyus etmişdi. Böyükağa Hacıyevin yetirmələri 375 gün əvvəl rəqibinə 2:1 hesabı ilə qalib gəlmişdi.
 
Ardıcıl 15 ev matçında uduzmayan bakılılar bu müddətdə 9 qələbə qazanıb və 6 heç-heçə edib. Yenilməzlik dövründə Sxadadzenin yetirmələri 24 qol vurub və 12-ni buraxıb.
 
Bu seriya evdəki oyunlar üçün “İnter”in 4-cü uzun seriyasıdır. Bunadək bakılılar ayrı-ayrı vaxtlarda 31, 22 və 19 oyun öz meydanında yenilməz olub.
 
Qeyd edək ki, evdə uduzmamaq üzrə Azərbaycan rekordu “Neftçi”yə məxsusdur. 1992-1996-cı illərdə ardıcıl 57 ev matçında (texniki nəticələr nəzərə alınmır) yenilməyən flaqmanın bu rekordu Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) tərəfindən də tanınıb. “Ağ-qaralar”la yanaşı 54 matçlıq məğlubiyyətsizlik seriyası olan “Turan” da dünya klublarının ən uzun ev məğlubiyyətsizliyi siyahısına daxil olub. IFFHS-in martın 21-də açıqladığı ilkin siyahıda “Neftçi” 16-cı, “Turan” 19-cu idi. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.