2 aprel 2013 14:02

Son dörd ildə ən yaxşı Bakı

Topaz Premyer Liqasının 24-cü turunda “Simurq”la səfər oyununda 1:0 hesabı ilə qalib gələn “Bakı” 2013-cü ildəki məğlubiyyətsizliyini davam etdirib. Azerisport.az xəbər verir ki, paytaxtın eyniadlı təmsilçisi bu il keçirdiyi 9 qarşılaşmada yenilməyib.
 
Bakılılar 7 çempionat və 2 kubok qarşılaşmasında 4 qələbə qazanıb və 5 heç-heçə edib. Bojidar Bandoviçin yetirmələri bu görüşlərdə 14 top vurub və öz qapısından 6-nı buraxıb.
 
“Bakı” sonuncu dəfə ötən il dekabrın 22-də “İnter”lə çempionat matçında uduzub – 0:1. Həmin səfər yenilgisindən sonra davam edən seriya isə artıq rekord həddə çatıb.
 
Bu, “Bakı”nın son 4 ildə ən uğurlu seriyasıdır. 2008/09 mövsümündə Azərbaycan çempionu adını qazanan paytaxt klubu ondan sonra heç vaxt indiki kimi uğurlu çıxış etməyib. “Altılıq” sisteminə keçiddən sonrakı 4 mövsümdə ən yaxşı halda ardıcı 8 oyun uduzmamışdı. Bu seriya 2010-cu ilin əvvəlinə təsadüf etmişdi. İndi isə 9 oyunluq seriya ilə çempionluqdan sonra ən yaxşı göstərici əldə edildi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.