2 aprel 2013 14:28

Premyer Liqada 41-ci əcnəbi mütəxəssis

Topaz Premyer Liqasının XXIV turu “Xəzər Lənkəran” klubunun baş məşqçisi Con Toşakın Azərbaycanda debütü ilə əlamətdar oldu. AZAL-la ev oyununda qələbə qazana bilməyən (1:1) cənubluların uelsli çalışdırıcısına qədər 40 legioner mütəxəssis Azərbaycan çempionatında meydana komanda çıxarmışdı. Onların bəziləri baş məşqçi, bəziləri isə istefaya göndərilən çalışdırıcını əvəzləyicisi kimi iş başında olub. Toşak bu siyahıya 41-ci məşqçi kimi düşüb.
 
O, ölkəmizdə çalışan ilk uelsli oldu. Bunadək daha 17 ölkə təmsilçisi Azərbaycan çempionatında iş başında olub: Türkiyə - 10, Ukrayna – 7, Gürcüstan – 4, Almaniya, Serbiya – hərəsi 3, Bosniya və Herseqovina - 2, Çexiya, Əlcəzair, İngiltərə, Latviya, Litva, Makedoniya, Moldova, Rumıniya, Rusiya, Xorvatiya, İspaniya – hərəsi 1. Uels bu siyahıda 18-ci oldu.
 
Toşaka qədər 2 klub daha çox – hərəyə 6 əcnəbi baş məşqçiyə güvənmişdi. “Bakı” ilə şərikli rekordun sahibi olan “Xəzər Lənkəran”ın tarixində 7-ci əcnəbi olan uelsli komandasının bu göstəricidə 1-ci olmasına töhfə verdi. Toşaka qədər onun komandasında Rasim Kara, Şenol Fidan, Viktor Pasulko, Mirça Rednik, Cüneyt Biçər və Karles Martorell də çalışmışdı. Digər klublar isə əcnəbi məşqçi sayında “Xəzər Lənkəran”dan geri qalır: “Xəzər Lənkəran” - 7, “Bakı”  - 6,  “İnter”, “Simurq” – hərəsi 4, “Gənclərbirliyi” , “Neftçi”, “Standard”, “Turan” – hərəsi 3, “Muğan”, AZAL, “Qəbələ”, “Rəvan” – hərəsi 2, “Karvan”, “Masallı”, “MKT-Araz”, “Qarabağ”, “Sumqayıt” – hərəsi 1.
 
Qeyd edək ki, 5 mütəxəssis – Kaxaber Sxadadze, Cüneyt Biçər, Rasim Kara, Qyoko Hacıyevski və Kemal Alispahiç Premyer Liqada 2 klubda çalışıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.