2 aprel 2013 14:56

Cari mövsümdə üçüncü ən yüksək məhsuldarlıq

Topaz Premyer Liqasının XXIV turunun “Turan” - “Rəvan” oyunu bir sıra məqamlarla əlamətdar oldu. Azerisport.az xəbər verir ki, qonaqların ilk hissədən sonra 1:2 hesabı ilə geridə olub, fasilədən sonra 5 qol vurması onlara 6:2 hesablı qələbə qazandırdı. Bu görüş həm də het-triklə diqqət çəkdi.
 
Mövsümdə 2-ci
 
“Turan”ın qapısına 3 qol vuran Juan Varea mövsümün 2-ci het-trikinin müəllifi oldu. İlk belə hadisə ötən il dekabrın 2-də qeydə alınmışdı. Onda “Turan”ın malili legioneri Salif Ballo “Kəpəz”lə matçda 3 qol vurmuşdu. Ballo komandasına qərb derbisində 5:1 hesablı qələbə qazandırmışdı.
 
“Rəvan”da 3-cü
 
Varea şərəfini qoruduğu “Rəvan”ın tarixinə Premyer Liqada ilk het-trik müəllifi kimi düşüb. Lakin klubun tarixində daha 2 het-trik var. Bunların hər ikisi İzzətəli Süleymanovun hesabındadır. O, komandası I divizionda çıxış etdiyi 2010/11 mövsümündə əvvəl “MKT Araz”, ardınca “Energetik”lə matçlarda 3 qol vurub. 2010-cu il müvafiq olaraq oktyabrın və noyabrın 17-də olan görüşlərdən birincisi evdə, ikincisi səfərdə keçirilib.
 
Argentinadan 1-ci, legionerlərdən 30-cu
 
Varea Azərbaycan çempionatları tarixinə het-trik müəllifi olan ilk argentinalı kimi düşüb. Ona qədər 16 ölkədən olan əcnəbilər 29 dəfə 1 oyuna 3 qol vurmuşdu. Varea yubiley – 30-cu het-trikin müəllifi oldu. Daha çox isə gürcüstanlılar fərqlənib: Gürcüstan – 6, Nigeriya, Braziliya – hərəsi 3, Moldova, Ukrayna, Özbəkistan, Litva – hərəsi 2, Seneqal, Serbiya, İran, Türkiyə, Sloveniya, Fil Dişi Sahili, Latviya, Uruqvay, Mali, Argentina – hərəsi 1.
 
İlk “6”, ikinci “4”
 
“Turan”la səfər oyununda 6:2 hesabı ilə qalib gələn “Rəvan” Premyer Liqada ilk dəfə 6 qol vurdu. Bunadək heç vaxt bu qədər məhsuldar olmayan paytaxt təmsilçisi 2-ci dəfə 4 top fərqinə sevindi. Ötən il aprelin 28-də evdə “Kəpəz”i 5:1 hesabı ilə məğlub edən “Rəvan” Premyer Liqa tarixində özünün 2-ci, səfərdə isə 1-ci böyükhesablı qələbəsini qazandı. Komandanın tarixindəki ən böyük qələbə isə I divizionda qeydə alınıb. 2010-cu il noyabrın 17-də bakılılar səfərdə “Energetik”i 8:0 hesabı ilə məğlub edib.
 
43-cü dəfə
 
“Turan” isə ölkə çempionatında 43-cü böyükhesablı məğlubiyyətini alıb. Tovuz təmsilçisi sonuncu dəfə belə ağır məğlubiyyəti  bu il fevralın 13-də “Bakı” ilə ev oyununda almışdı – 0:4. Qərblilərin 6 və daha çox qol buraxdığı son matç isə 2008-ci il noyabrın 22-də olmuşdu. Həmin vaxt “Bakı” qonaqları 7:0 yenmişdi.
 
Mövsümdə 3-cü “5”
 
Cari mövsüm çempionatda 3-cü dəfə 1 komanda 1 hissədə 5 qol vurdu.  Bunadək “Neftçi” “Sumqayıt”la ötən il noyabrın 17-dəki matçın 1-ci, AZAL isə bu il martın 3-də “Qəbələ” ilə görüşün 2-ci hissəsində rəqib qapısından 5 top keçirmişdi.
 
Məhsuldarlıq
 
Qarşılaşmada qapılara 8 qol vuruldu ki, mövsümdə 3-cü dəfə belə yüksək məhsuldarlıq qeydə alındı. Bunadək 1 oyunda 9, daha bir matçda isə indiki kimi 8 qol vurulmuşdu. Ötən il noyabrın 17-də “Neftçi” – “Sumqayıt” matçında 8:1, sentyabrın 16-dakı AZAL – “Qarabağ” görüşündə 6:2 hesabı qeydə alınmışdı “Rəvan”a qədər cari mövsümdə səfərdə 6 qol vuran yalnız 1 komanda olub. Ötən il avqustun 19-da “Sumqayıt” – “Qarabağ” matçında 1:6 hesabı qeydə alınıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.