2 aprel 2013 15:31
Qəbələ Ramiz Məmmədovla yollarını ayırdı
Futbol üzrə Azərbaycan Premyer Liqasında növbəti baş məşqçi istefası reallaşıb. Azerisport.az xəbər verir ki, “Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov istefaya göndərilib.
Fatih Kavlakın istefasından sonra bu posta təyin olunan Məmmədovun komandadan ikinci gedişinə uğursuz çıxış səbəb olub. Kubokda mübarizəni dayandıran “Qəbələ” son turda “Qarabağ”a uduzaraq 6-cı pilləyə düşüb və avrokuboklara vəsiqə şansını minimuma endirib. Bu səbəbdən klub rəhbərliyi onunla yollarını ayırmaq qərarına gəlib.
Artıq “Qəbələ”nin yeni baş məşqçisinin kimliyi də bəllidi. Rəhbərlik komandanı mövsümün sonunadək əvəzedici heyətin ispan baş məşqçisi Luis Araqona həvalə edib.
Qeyd edək ki, bu Məmmədovun “Qəbələ”dəki ikinci baş məşqçi dönəmi idi. 2006-2010-cu illərdə komandaya başçılıq edən mütəxəssis 2011-ci ildə bir müddət Qazaxıstanın “Atırau” klubunda işləmiş və ötən il “Qəbələ”yə dönmüşdü.
