2 aprel 2013 15:43
Futbolumuz müstəqillik dövründə
Əməkdar jurnalist Abas Əzimovun "Futbolumuz müstəqillik dövründə" adlı yeni kitabı işıq üzü görüb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, üç fəsildən ibarət olan kitabda Azərbaycanda müstəqillik dövründə keçirilən ölkə çempionatları, ölkə kuboku uğrunda yarışlar, birinci divizion və əvəzedici komandaların çempionatları, Azərbaycan çempionatlarının mükafatçıları və kubok yarışlarının qaliblərinin avrokuboklarda çıxışları, həmçinin MDB və Baltikyanı dövlətlərin "Birlik Kuboku" turnirində klublarımızın nəticələri barədə ətraflı məlumat verilib.
"Futbolumuz müstəqillik dövründə" kitabı AFFA-nın vəsaiti hesabına nəşr olunub.
