2 aprel 2013 16:22

Sergey Yuran: Qəbələ məni tam qane edir

“Qəbələ”ni bundan sonra “Simurq”un sabiq çalışdırıcısı Sergey Yuran çalışdıra bilər. Azerisport.az xəbər verir ki, rusiyalı mütəxəssisin bu komandaya gəlişi barədə xəbərlər hələ Ramiz Məmmədovun istefasından öncə də gündəmdə idi.
 
Amma Məmmədovun bu gün istefa verməsindən sonra son iş yeri “Sibir” olan Yuranın “Qəbələ”yə gəlmək ehtimalı daha da yüksəldi. Biz də bununla əlaqədar rusiyalı mütəxəssislə bəzi məqamlara aydınlıq gətirməyə qərar verdik.
 
- “Qəbələ”nin sizinlə maraqlandığı barədə xəbərlər eşitmisiz?
- Eşitmişəm. Bu haqda çoxdandı danışılır.
 
- Elə isə maraqlıdı, sizin bu məsələyə münasibətiniz necədi?
- Mən “Qəbələ” rəhbərliyindən heç kimlə danışmamışam. Buna görə də indi sadəcə onu deyə bilərəm ki, danışıqlar aparmağa hazıram. Bu komandada məmnuniyyətlə çalışardım.
 
- Yeri gəlmişkən, bu gün Ramiz Məmmədov istefaya göndərildi...
- Bu barədə eşitməmişdim. Sadəcə, onu bilirəm ki, bu komanda qarşısına çox böyük hədəflər qoyub.
 
- “Qəbələ” barədə daha nələr bilirsiz?
- Mən hələ “Simurq”da çalışanda görürdüm ki, bu klubda böyük işlər görülür. Bilirəm ki, klubun gözəl bazası, futbol akademiyası var. Mənim üçün də əsas odu ki, çalışdığım klub iddialı olsun. Bu mənada “Qəbələ” məni tam qane edir.
 
- Başqa hansısa təkliflər var?
- Bəli, müəyyən təkliflər var. Harda çalışacağıma tezliklə qərar verməliyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.