2 aprel 2013 16:17
Yığmamızın 3 oyunçusu İspaniya klubuna baxışa yollanır (FOTO)
19 yaşadək qızlardan ibarət Azərbaycan yığmasının 3 üzvü - Aytac Şərifova, Aysun Əliyeva və Nigar Cəlilli İspaniyanın "Rayo Valyekano" klubunun rəsmi dəvəti ilə klubun düşərgəsinə baxışa yollanacaqlar. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, futbolçularımız aprelin 22-dən mayın 4-dək Madrid şəhərində, "Rayo Valyekano" klubunun düşərgəsində olacaqlar.
