2 aprel 2013 16:32
Azərbaycan millisi macarlar və gürclərlə üz-üzə (VİDEO)
Xəbər verdiyimiz kimi, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması bir neçə gün öncə Avstriyada təşkil olunmuş turnirdə birinci yeri tutub. Azerisport.az xəbər verir ki, U-21 turnirdə Macarıstanın "Haladas" klubunu və Albaniyanın U-21 yığmasını məğlub edib (müvafiq olaraq, 2:1 və 2:0), Gürcüstanın müvafiq yaş qrupundan ibarət komandası ilə sülh bağlayıb - 1:1. Həmin oyunlardan hazırlanmış videoreportajla sizi də tanış edirik.
