2 aprel 2013 16:43
Qəbələdən Ramiz Məmmədov açıqlaması
“Qəbələ” baş məşqçisi Ramiz Məmmədovun istefası ilə bağlı rəsmi məlumat yayıb. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:
“Qəbələ”nin baş məşqçisi Ramiz Məmmədov postundan istefa verib. Mütəxəssis bu gün istefa ərizəsini klub rəhbərliyinə təqdim edib. İstefa ərizəsi rəhbərlik tərəfindən qəbul olunub. “Qəbələ”nin baş məşqçi postu müvəqqəti olaraq əvəzedici komandanın baş məşqçisi Luis Araqona tapşırılıb. Əsas komandada fəaliyyət göstərən məşqçilər Sənan Qurbanov və Vüqar Məmmədov Araqonun köməkçisi vəzifəsini yerinə yetirəcəklər.

Ramiz Məmmədova “Qəbələ” Futbol Klubundakı fəaliyyətinə görə təşəkkür edir, gənc mütəxəssisə gələcək karyerasında uğurlar arzulayırıq”.