2 aprel 2013 16:57

“Neftçi ilə oyunda qələbə bizim üçün daha vacibdi”

“Qarabağ” aprelin 6-da “Neftçi” ilə qarşılaşacaq. Azerisport.az xəbər verir ki, Ağdam klubu derbiyə hazırlıqlarını davam etdirir.
 
Azərbaycan derbisində Vaqif Cavadov və Branimir Subaşiçin oynamayacağı dəqiqdi. Amma “Qəbələ” ilə son görüşdə yeni transferlər - Torres, Reynaldo və Opara yaxşı təsir bağışlayaraq itkiləri hiss etdirmədilər. Sonuncu görüşdə “Qarabağ”da debüt edən Kristian Torres də 89 dəqiqə meydanda qalaraq diqqətləri cəlb etdi.
 
“Qarabağ”ın ilk argentinalısı klub saytına həm bu oyun, həm də “Neftçi” haqqında danışıb: “Bəxtsizlikdən “Qarabağ”a qoşulan kimi zədələndim. Hardasa 2 ay meydandan kənarda qaldım. Sağ olsunlar, komanda yoldaşlarım, məşqçilər daim mənə dəstək oldular. “Qəbələ” ilə vacib görüşdə start heyətində meydana çıxmağım bir qədər həyəcanverici olsa da, oyunun gedişində tezliklə bu problemi aradan qalxdı. Sevindirici haldı ki, qələbə qazana bildik. Uşaqlarla sona qədər mübarizə apararaq lazımı nəticəni qazana bildik. İndi bizi qarşıda “Neftçi” ilə oyun gözləyir. “Ağ-qaralar” olduqca yaxşı futbol oynayır. Amma bizim də hədəfimiz bəllidi. “Neftçi”ni udsaq, iddiamız çox güclənəcək. Qələbə “Neftçi”dən çox bizim üçün vacibdi. 3 xal fərqin 3-ə qədər azalması deməkdi. “Neftçi” ilə oyunda meydanda olmaq istərdim. Amma buna baş məşqçimiz qərar verir. Komandamızda hər mövqedə inanılmaz rəqabət var. Bu, şübhəsiz ki, komandamızın xeyrinədi. İnanırıq ki, sonda istədiyimiz nəticəni qazana bilərik. Bizim buna potensialımız çatır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.