2 aprel 2013 17:07
Ramiz Məmmədov: Qəbələnin yeni baş məşqçisinə uğurlar arzulayıram
“Qəbələ” ilə yollarını ayıran Ramiz Məmmədov komandanın son uğursuzluqları barədə danışıb. Azerisport.az saytına açıqlamasında o, sadəcə bunları dilə gətirib:
“Göstərdiyimiz oyuna görə biz birinci, ya da ikinci yerdə olmalı idik. Amma alınmadı. Komanda Türkiyə toplanışında sərgilədiyi oyunu çempionatda göstərə bilmədi. Bu üzdən də komandadan getməyə qərar verdim. “Qəbələ”yə yeni qan lazımdı. Məndən sonra gələcək baş məşqçiyə uğurlar arzulayıram”.
