2 aprel 2013 17:23

“İnterlə Neftçi arasındakı qalmaqal bu klubların oyunlarına marağı daha da artıracaq”

“İnter”in müdafiəçisi Ruslan Əmircanovun azerisport.az saytına müsahibəsi
 
- “İnter” və “Neftçi” klublarının rəsmiləri arasında son günlərdə başlayan söz davası siz futbolçulara nə dərəcədə təsir edir?
- Bunlara önəm verməməyə çalışırıq. Futbolda hərdən belə şeylər olur. Əlbəttə ki, xoşagəlməz hadisədi. Futbolçu olduğum üçün, bu məsələlərə qarışmaq istəmirəm.
 
- Stadionun qazonu nə dərəcədə ciddi zədə alıb?
- Orda ot yoxdu. Təxminən basketbol topu boyda yer xarab olub. Qazonun həmin ərazisində futbolçu xəsarət də ala bilər. Həm də qazon estetik cəhətdən belə yaxşı görünmür. Bilmirəm niyə həmin fişəngi dərhal götürüb kənara atmadılar. Ümid edirəm ki, tezliklə bu problemi aradan qaldıracaqlar.
 
- Klublar arasındakı belə qalmaqallar adətən futbolsevərlərdə bu komandaların oyunlarına marağı daha da artırır...
- Şübhəsiz ki, bu qalmaqal bizim oyunlarımıza da marağı artıracaq. Bundan sonrakı oyunlarda matça köklənmə də tam fərqli olacaq. Hansı ki, bu, vaxtilə daha çox “Neftçi” və “Xəzər Lənkəran” arasındakı oyunlarda diqqət çəkirdi.
 
- Bu gedişlə “Neftçi” və “İnter” arasındakı görüşlərin də “Böyük oyun” adı alması istisna deyil...
- Bu mövsümün əsas oyunları onsuz da “İnter”lə “Neftçi” arasında baş tutur. Düzdü, biz hələ onları bu mövsüm məğlub edə bilməmişik. Amma bu, bizi mövsümün son oyunu öncəsi sadəcə daha da güclü motivasiya edir. Əgər çempion olmaq istəyiriksə, təkcə “Neftçi”ni yox, bütün qalan rəqiblərimizi məğlub etməliyik.
 
- “İnter” hələ qızıl medal qazanmaq şanslarını itirməyib?
- Biz özümüzü “Neftçi”dən zəif hesab etmirik. Əgər oyun planında çatışmazlıqlarımız varsa, onları aradan qaldırmağa çalışacağıq.
 
- Növbəti turda isə sizi “Bakı” ilə duel gözləyir...
- Biz bu komandaya da kubokda məğlub olduq. Amma Premyer Liqada bunun təkrarlanmasına imkan vermək istəmirik. Əlbəttə, Zaqataladakı qələbədən sonra rəqib düşərgədə əhval-ruhiyyə bir qədər də yaxşılaşıb. Amma biz də ardıcıl ikinci dəfə uduzmağa hazırlaşmırıq. Bunun üçün gündə iki dəfə məşq edirik.
 
- Paralel olaraq bu tur “Neftçi” də “Qarabağ”la üz-üzə gələcək. Həmin oyunda hansı nəticə sizi qane edəcək?
- Düzünü deyim ki, bu oyun haqda danışmaq istəmirəm. Məni ancaq öz komandamın çıxışı, nəticələri maraqlandırır. Əgər digər oyunlar haqda düşünsək, bu, bizim üçün yaxşı bitməz. Həm də “Bakı” ilə oyundan sonra biz də “Qarabağ”la qarşılaşacağıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.