2 aprel 2013 17:45

Beşiktaş, Villareal və Rubin klubları Bakıya gəlir!

İyun ayında Bakı şəhərində İBAR CUP uşaq futbol turniri keçiriləcək. Azerisport.az “İnter”in klub saytına istinadən xəbər verir ki, ötən il bu turnir ilk dəfə baş tutmuş və Azərbaycan Beynəlxalq Bankının 20 illik yubileyinə həsr olunmuşdu.
 
Belə qərara alınmışdı ki, turnir mütəmadi xarakter alsın və bu il Avropanın müxtəlif ölkələrindən olan uşaq komandaları yenidən Bakıda toplaşacaq. İBAR U-14 CUP turniri AFFA-nın dəstəyilə baş tutacaq, yarışın təşkilatçıları Azərbaycan Beynəlxalq Bankı, “İnter” Peşəkar İdman Klubu və Bakı Futbol Federasiyası olacaq.
 
Turnirdə 8 komanda iştirak edəcək. Reqlamentə əsasən, komandalar 2 qrupa ayrılacaq və hər qrupda 4 komanda mübarizə aparacaq. Hər qrupdan ən yaxşı 2 komanda mükafat yerləri uğrunda mübarizəni davam etdirəcək, qrupda 3-cü və 4-cü yerləri tutan komandalar 5-8-ci yerlər uğrunda mübarizə aparacaq.
 
Qeyd edək ki, “İnter” U-14 komandasından başqa turnirə birinci İBAR CUP turnirinin qalibi "Rubin" (Rusiya), "Karpatı" (Ukrayna), “Beşiktaş” (Turkiyə), "Yurqorden" (İsveç), “Villarreal (İspaniya) və “Eintracht (Almaniya) komandaları qatılacaq. Sonuncu iştirakçının adı bu həftə məlum olacaq.
 
Əlavə edək ki, turnir iyun ayının 17-dən 22-dək keçiriləcək. İBAR CUP turnirinin bütün matçları “Şəfa” stadionunda baş tutacaq. Tezliklə turnirin püşkatma mərasimi keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.