2 aprel 2013 18:01

“Bakıya yenidən gəlmək bizim üçün xoş olacaq”

Birinci İBAR CUP turnirinin qalibi olan və yayda yenidən bu turnirə qatılacaq “Rubin” U-14 komandasının baş məşqçisi, ispaniyalı mütəxəssis Efren Peteyro Bakıya ötənilki səfəri haqqında xatirələrini bölüşüb və ölkəmizə təkrar səfərindən nə gözlədiyi barədə danışıb. Azerisport.az “İnter”in rəsmi saytına istinadən xəbər verir ki, ispaniyalı məşqçi bunları dilə gətirib:

“Etiraf edim ki, mən bir çox beynəlxalq turnirlər görmüşəm. Ancaq açıq demək istəyirəm ki, Bakıda keçirilən ötənilki turnir xüsusi olaraq yadımda qaldı. Yalnız ona görə yox ki, komandamız turnirin qalibi oldu. Məsələ təkcə bunda deyil. Belə ki, sizin turniriniz yaxşı təşkil olunmuşdu. Yarışın təşkilatçıları bütün mümkün detalları nəzərə almışdılar, bizi zəruri olanlarla təmin etmişdilər. Bakıya səfər uşaqların da yadlarında qaldı və onlar evlərinə xoş təəssüratlarla qayıtmışdılar. Yenidən Azərbaycana səfər etmək bizim üçün xoş olacaq. Biz səbrsizlə yayı gözləyirik”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.