3 aprel 2013 18:46

“Başımda bir az ağrılar qalsa da, özümü normal hiss edirəm”

Topaz Premyer Liqasının növbəti turunda “Rəvan”la qarşılaşacaq “Sumqayıt” hazırlığını davam etdirir. Azerisport.az xəbər verir ki, U-21-in düşərgəsində zədələnmiş komandanın müdafiəçisi Slavik Alxasov artıq sağalaraq sıraya dönüb.
 
20 yaşlı futbolçu yığmadakı çıxışı və hazırlıq prosesi barəsində klubun rəsmi saytına fikirlərini bildirib: “21 yaşadək futbolçulardan ibarət komandamız hazırlıq prosesi çərçivəsində 3 yoxlama oyunu keçirib. Yığmamız Macarıstan klubu, Gürcüstan və Albaniya milliləri ilə üz-üzə gəlib. U-21-in heyətində iki görüşdə meydana çıxmışam. Normal oyun sərgilədiyimi düşünürəm. Albaniya ilə qarşılaşmada başımdan ciddi zədə aldım. İkili mübarizə zamanı rəqib futbolçunun dizi başıma dəydi. Nəticədə meydanda huşumu itirdim. Həkimlərin səyi nəticəsində özümə gəlsəm də, mənə bir müddət məşq etməmək tapşırığı verildi. Hazırda başımda bir az ağrılar qalsa da, özümü normal hiss edirəm. Artıq komanda ilə məşqlərə də başlamışam. İnşallah növbəti turda komandama kömək edərəm”.
 
Slavik Alxasov arxada qalan “Kəpəz”lə oyun və qarşıdakı “Rəvan”la qarşılaşma barəsində də danışıb. Futbolçu növbəti oyunda əsas vəzifələrinin 3 xal olduğunu da bildirib: “Kəpəz”lə oyunda komandamız kifayət qədər qol imkanı yaratdı. Hətta iki dəfə qapı dirəyi, iki dəfə isə Gəncə klubunun qapıçısı komandasını real qoldan xilas etdi. Buna baxmayaraq, 3 xalı qazana bildik. Komandada irəliləyiş hiss olunur. Son 3 görüşdə 7 xal qazanmşıq. İnşallah növbəti görüşdə “Rəvan”ı da üstələyib mövqeyimizi bir qədər də yaxşılaşdırarıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.