3 aprel 2013 19:56

Georgi Nikolov: İnter bu il daha uğurla çıxış edəcək

“İnter”in prezidenti Georgi Nikolov Bakı şəhərində keçiriləcək İBAR CUP U-14 turniri barədə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, klub saytına müsahibəsində bunları dilə gətirib:
 
“Qorxuram ki, Valentin Xodukinin sözlərini təkrarlayım. Çox sevindirir ki, bu yarış daimi xarakter aldı. Düşünürəm ki, bu, çox yaxşı yanaşmadı. Axı Azərbaycanda çoxdandı öz aralarında futbol oynayan uşaqlar Avropadakı həmyaşıdlılarının da səviyyələrini bilməlidirlər. Bu ölkələrdən olan komandaların güclü və zəif tərəflərini öyrənməlidirlər.
 
Bundan başqa, belə turnirlər təcrübə qazanmaq baxımından böyük əhəmiyyət kəsb edir. Ötən il “İnter”in uşaq komandası bir qədər əsəbi oynadı, lakin uşaqların səbəbləri də vardı. Ümid emid edirəm ki, bu il komandamız daha uğurla çıxış edəcək. Həmin əsəbilik və gərginlik olmamalıdı. Axı yeniyetmə oyunçular artıq belə turnirin iştirakçısı olmuşdular.
 
Biz turnirin formatını saxlamışıq və xoşdur ki, bütün 8 komanda müxtəlif ölkələri təmsil edir. Turnirin iştirakçıları kifayət qədər sanballıdı və bu, yarışın yaxşı səviyyəsindən xəbər verir. Biz yenidən ötən ilin qalibi olmuş Rusiyanın “Rubin” komandasını dəvət etdik. Xüsusi reklama ehtiyacı olmayan Türkiyənin “Beşiktaş” komandasına dəvət göndərmişik. İspaniyada ən yaxşı uşaq futbol məktəblərindən birinə malik olan “Villarreal” komandası da turnirə qatılacaq. Bundan basqa, Almaniyanın “Eintracht” klubu da Bakıya gələcək. Turnirdə ənənəvi olaraq möhkəm isveçlilər də (“Yurqorden”) çıxış edəcək. Ukraynanın “Karpatı” kluba da turnirə qatılacaq. Bilirsiniz ki, bu ölkədə futbol yaxşı səviyyədədi, uşaq futbolu da həmişə yaxşı tərəfdən seçilir. Turnirin son iştirakçısı hələlik bilinmir. Lakin dəqiq məlumdu ki, sonuncu komanda ya İtaliyanı, ya da Serbiyanı təmsil edəcək. Deyim ki, hər iki klub dünyada məşhurdu. İnşallah, bizim nümayəndələrimiz bu komandalar arasında uğurlu nəticə əldə edərlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.