3 aprel 2013 20:08

Con Toşakla debütdə 5-ci sülh

Topaz Premyer Liqasının 24-cü turu Azərbaycan futbolu tarixində ilk uelsli baş məşqçi -Con Toşakın ölkəmizdə debütü ilə əlamətdar oldu. Azerisport.az xəbər verir ki, AZAL-la Lənkərandakı qarşılaşmada debüt edən təcrübəli mütəxəssisin yetirmələri onun ilk oyununda meydanı 1:1 hesablı heç-heçə ilə tərk etdi.
 
Baş məşqçi vəzifələrini icra edərək komandanı meydana çıxaran çalışdırıcıları nəzərə almamaqla Toşak klubun 9 illik tarixinə 10-cu mütəxəssis kimi düşdü. Ondan əvvəl komandada çalışmış məşqçilərdən ikisi – Rasim Kara və Ağasəlim Mircavadov 2 dəfə bu posta təyinat alıb. Onların debüt və qayıdışdan sonrakı ilk matçlarını da nəzərə alsaq, 12 dəfə “Xəzər Lənkəran” yeni baş məşqçisi ilə birinci sınağa çıxıb.
 
Uelsli mütəxəssis debüt matçında heç-heçə ilə kifayətlənən 5-ci baş məşqçi oldu. Ona qədər Nazim Süleymanov, Rasim Kara, İqor Ponomaryov və Cüneyt Biçer də ilk matçda “sülh”ə imza atmışdı. Toşak son 1 ildəki uğursuz ənənəni qırmağa nail oldu. Belə ki, ondan əvvəl “Xəzər Lənkəran”a rəhbərlik edən son 2 baş məşqçi debüt oyununda məğlubiyyətə üzülmüşdü. 2012-ci ildə ilk matçlarında iş başında olan Yunis Hüseynov da, Karles Martorell də xalsız debütə üzülmüşdü.
 
Nazim Süleymanov
07.08.2004 “Turan” – “Xəzər Lənkəran” – 1:1
 
Rasim Kara
30.10.2004 “MKT Araz” – “Xəzər Lənkəran” – 0:0
10.08.2008 “Karvan” – “Xəzər Lənkəran” – 1:0
 
Viktor Pasulko
12.02.2006 “Xəzər Lənkəran” – “Olimpik” – 1:0
 
Ağasəlim Mircavadov
11.08.2006 “Xəzər Lənkəran” – “Neftçi” – 2:1
21.08.2009 “Xəzər Lənkəran” – “İnter” – 1:0
 
İqor Ponomaryov
15.02.2009 “Xəzər Lənkəran” – “Karvan” – 0:0
 
Mirça Rednik
07.08.2010 “Xəzər Lənkəran” – “Qəbələ” – 1:0
 
Cüneyt Biçer
10.12.2011 “Xəzər Lənkəran” – “Qarabağ” – 0:0
 
Yunis Hüseynov
19.03.2012 “Xəzər Lənkəran” – “Bakı” – 0:1
 
Karles Martorell Bakes
18.11.2012 “Bakı” – “Xəzər Lənkəran” – 2:0
 
Con Toşak
30.03.2013 “Xəzər Lənkəran” – AZAL 1:1
 
Qeyd edək ki, “Xəzər Lənkəran”ı meydana çıxaran daha 3 çalışdırıcı - Şenol Fidan, Hafiz Əliyev, Emin Quliyev baş məşqçi əvəzi kimi komandaya rəhbərlik edib. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.