3 aprel 2013 14:28

Sadıq Sadıqov: Qurban Qurbanov bizim bütün sirrlərimizi bilir

“Neftçi”nin prezidenti Sadıq Sadıqovun azerisport.az saytına müsahibəsi
 
- “Qarabağ”la qarşıdakı oyundan nə gözləyirsiz?
- “Qarabağ” yaxşı komandadı, əla heyətə malikdi. “Neftçi” “Qarabağ”a qarşı həmişə qələbə üçün oynayıb. Amma bəzən hər istədiyimizi göstərə bilmirik. Bu mövsüm onlara iki dəfə uduzmuşuq. Artıq bizim onlara borcumuz var. “Neftçi” bu borcunu qaytarmalıdı.
 
- Sizcə, ağdamlılarla bu mövsümdəki oyunlarda məğlubiyyətə nə səbəb olub?
- Onların baş məşqçisi Qurban Qurbanov bizim bütün sirrlərimizi bilir. O, bizdə həm kapitan, həm də baş məşqçi olub. Lakin hər şeyin bir sonu olur. Bu dəfə biz “Qarabağ”ı mütləq məğlub edəcəyik.
 
- “İnter” üzərindəki qələbədən sonra çempionluğa daha da yaxınlaşdınız...
- Komandamız hər oyunda maksimum nəticə üçün çalışır. Etiraf edim ki, oyundan razı qaldım. Niyə də razı olmamalıyam? “Neftçi” liderdi, izləyicilərindən də xeyli aralanıb. Komanda hər tur daha da yaxşı oyun sərgiləyir. Deməzdim ki, bütün potensialımızı sərgiləyə bilirik.
 
- Qızıl dubl etməyə köklənmisiz?
- İndidən çempionluq haqda düşünmək bir qədər tezdi. Amma mənim üçün həm çempionluq, həm də ölkə kubok çox vacibdi. Hələ rəhbərliyim altında qızıl dubla imza atılmayıb. Çox istərdim ki, bu arzuma cari mövsümdə çatım.
 
- Araz Abdullayevin durumu nə yerdədi?
- Hazırda istintaq davam edir. Araz komanda ilə birlikdədi. Mətbuatda futbolçumuzla bağlı hadisənin həddən artıq şişirdilməsi xoşuma gəlmir. Biz də günahkarların cəzalanmasını istəyirik. Bu, hər kəsin başına gələ bilər. Araz da istəməzdi ki, belə bir şey olsun. Biz hər gün yaralı qadına baş çəkirik, dünyasını dəyişənin ailəsiylə birgə olmağa çalışırıq. Ən azından mənəvi cəhətdən dəstək olmağa cəhd göstəririk. Lakin futbolçuya da dəstək vermək lazımdı.
 
- Belə xəbərlər dolaşır ki, istintaq bitənə qədər Araz oynamayacaq...
- Bu, düz deyil. Arazın nə vaxt oynayacağına “Neftçi”nin məşqçiləri qərar verəcək. O, məşqlərdə də iştirak edəcək. Mümkündü ki, elə qarşıdakı “Qarabağ”la oyunda meydana çıxsın. Abdullayev perspektivli futbolçudu. Həm də unutmamalıyıq ki, o, gənclərdən ibarət yığmamızın üzvüdü. Gələcəkdə əsas komandamıza da kömək edəcək. Biz ona inanırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.