3 aprel 2013 14:47
İsrail – Azərbaycan matçı hansı stadionda keçiriləcək?
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin keçirəcəyi daha bir oyunun stadionu müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, millimiz sentyabrın 6-da İsrail yığması ilə Ramat Qan şəhərindəki eyniadlı stadionda qarşılaşacaq.
