3 aprel 2013 15:15
Fatih Terim: Bizdə uduzmaq qorxusu yoxdu
Türkiyənin “Galatasaray” klubunun baş məşqçisi Fatih Terim UEFA Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində qarşılaşacaqları İspaniya “Real”ı ilə oyun öncəsi fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
“Kiminlə oynayacağımızı, rəqibimizin kim olduğunu çox yaşşı bilirik. Önümüzdəki iki matçda komandam qorxmadan mücadilə edəcək. Buna əminəm. Oynamağa çalışacağıq və yaxşı bir nəticə üçün hər şeyi edəcəyik. Bu tip matçlarda hər cür nəticə qeydə alına bilər. Biz “Real”a uduzsaq, kimsə üçün sürpriz olmaz. Amma biz qazansaq, bütün dünya üçün sürpriz olacaq. Bu fəlsəfə ilə oynayacağıq. Gücümüz nəyə çatırsa, ona da çalışacağıq. Oyunçularım məğlub olmaqdan qorxmayacaqlar. Ən böyük təhlükə uduzmaq qorxusudu. Bizdə o yoxdu. Bura qədər gəlməklə onsuz da böyük uğura imza atmışıq. Amma bundan sonrakı uğurun hansı anlam kəsb etdiyini də hər kəs dərk edir. Bunu hədəfləmişik”.