3 aprel 2013 15:21
Mahir Şükürov: Andrey Arşavinin Azərbaycana gələcəyinə inanmıram
“Neftçi”nin müdafiəçisi Mahir Şükürov İngiltərənin “Arsenal” klubunun rusiyalı yarımmüdafiəçisi Andrey Arşavinin karyerasını Azərbaycanda davam etdirəcəyinə dair xəbərlərə münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Arşavinin Azərbaycana gələcəyinə dair çoxlu xəbərlərlə rastlaşmışam. Amma hesab edirəm ki, bu, real deyil. İnanmıram ki, Arşavin Azərbaycan klubuna keçsin. Birincisi, burda həmin şərait yoxdu. İkincisi, o, azad agent olan kimi, daha ciddi klublardan təkliflər alacaq. Bir sözlə, düşünmürəm ki, Arşavin Azərbaycan çempionatında çıxış etməyə razı olsun”.