3 aprel 2013 15:38
Nazim Əliyevin dublu veteran futbolçulara jurnalistlər üzərində qələbə qazandırdı
Bu gün “Neftçi”nin bazasında jurnalistlərlə veteran futbolçular arasında yoldaşlıq oyunu keçirilib. Azerisport.az xəbər verir ki, qarşılaşma veteran futbolçu Nazim Əliyevə həsr olunub.
Futbolumuzun tanınmış simalarından olan Əliyev aprelin 5-də 50 illik yubileyini qeyd edəcək. Məhz bu münasibətlə təşkil olunmuş qarşılaşma yubilyarın özünün də yer aldığı veteranlardan ibarət komandanın qələbəsi ilə başa çatıb – 5:4. Nazim Əliyev yubiley matçında dublla yadda qalıb. Lakin o, bu qollardan birini jurnalistlərin, digərini isə veteranların heyətində yer alarkən vurub. Veteranlardan həmçinin Şahin Diniyev, Nazim Süleymanov, Vəli Qasımov və Musa Qurbanov da fərqlənib.
