4 aprel 2013 18:21

Avropa Olimpiya Komitəsinin prezidenti Azərbaycana səfər edəcək

Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikke aprelin sonunda Qiymətləndirmə komissiyası ilə birlikdə Azərbaycana rəsmi səfər edəcək. Azerisport.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbaycanda səfərdə olan Avropa Olimpiya Komitəsinin Olimpiya Oyunları komissiyasının sədri, İsrail Milli Olimpiya Komitəsinin baş katibi Efraim Zinger deyib.
 
O qeyd edib ki, AOK rəhbərliyinin səfərinin məqsədi 2015-ci ildə Azərbaycanda baş tutacaq ilk Avropa Oyunlarının keçiriləcəyi məkanları və tarixləri müəyyənləşdirmək, yaradılan şəraitlə yaxından tanış olmaqdır.
 
Zinger əmin olduğunu vurğulayıb ki, Azərbaycan bu oyunlara yüksək səviyyədə ev sahibliyi edəcək. O, həmçinin güləşin Olimpiya Oyunları sıralarında qalıb-qalmaması barədə məsələyə toxunub. Onun sözlərinə görə, bu məsələ barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin sentyabrda Argentinada keçiriləcək konqresi zamanı veriləcək.
 
"Biz çalışacağıq ki, güləş Olimpiya Oyunları sıralarında qalsın", - Zinger deyib. O, həmçinin qeyd edib ki, Azərbaycan ilə İsrail arasında digər sahələrdə olduğu kimi, idman sahəsində də sıx əlaqələr mövcuddur. Zinger vurğulayıb ki, Azərbaycan Olimpiya Oyunlarına İsraildən sonra qoşulsa da, hazırda Azərbaycanın Olimpiya Oyunlarında qazandığı medalların sayı İsrailin qazandığı medalların sayından çoxdur. Bu baxımdan Azərbaycanın idman sahəsindəki təcrübəsi İsrail üçün nümunə ola bilər.
 
Azərbaycana səfəri zamanı Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və digər qurumlarda görüşlər keçirdiyini deyən Zinger bildirib ki, səfərin məqsədlərindən biri Azərbaycan ilə İsrail arasında idman sahəsində əlaqələri daha da genişləndirməkdir.
 
Qeyd edək ki, sabah Bakıda Olimpiya Oyunları komissiyasının 16 üzvünün iştirakı ilə illik toplantısı keçiriləcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.