4 aprel 2013 18:57
Qəbələ Simurqu məğlub yola saldı
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 25-ci tura start verilib. Azerisport.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.
“Qəbələ” doğma meydanda “Simurq”la qarşılaşıb. Meydan sahibləri 2:1 hesabı ilə qalib gəliblər.
Əvəzedicilərin çempionatı
25-ci tur
4 aprel
Qəbələ - Simurq - 2:1
Qollar: Elvin Camalov, 45, Elnur Mustafayev, 78 - Qafar Qafarov, 49.
