4 aprel 2013 19:55
Simurqun Qəbələdəki son məşqi (FOTOREPORTAJ)
Topaz Premyer Liqasının 25-ci turunda "Qəbələ"nin qonağı olacaq “Simurq” qarşılaşmanın keçiriləcəyi stadionda son məşqinə çıxıb. Azerisport.az xəbər verir ki, bir saata yaxın davam edən hazırlıq prosesində qısa məsafəli qaçışdan sonra isinmə hərəkətləri yerinə yetirilib.
Taktiki çalışmalardan sonra qısa ötürmələrdən ibarət tapşırıqlarla məşq davam edib. Georgi Çixradzenin yetirmələri ikitərəfli oyun və qapıya zərbələrlə hazırlıqları tamamlayaraq istirahətə çəkilib.
Rəqiblərin 17-ci dueli öncəsi "Simurq"un heyətində ciddi itkilər var. Sabahkı qarşılaşmada komandamızın heyətində Mario Bojiç və Qərib İbrahimov sarı kart cəzalısı olduqlarından bu görüşdə forma geyinə bilməyəcəklər.
Qeyd edək ki, "Qəbələ"-"Simurq" qarşılaşması sabah saat 16:00-da start götürəcək və İdman Azərbayan kanalı ilə canlı yayımlanacaq.
