5 aprel 2013 02:00
Rubin uduzdu, Fenerbahçe qələbə qazandı (YENİLƏNİB)
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, bütün oyunlar eyni gündə baş tutub.
Azərbaycanlı futbolsevərlərin daha yaxından maraqlandığı qarşılaşma İstanbulda keçirilib. Burda qardaş ölkə Türkiyəni təmsil edən “Fenerbahce” “Lazio”nu qəbul edib. "Sarı-lacıvərdlilər" görüşü iki cavabsız qolla qalib başa vurublar və cavab matçı öncəsi üstünlüyə yiyələniblər.
Bu oyunla eyni vaxtda “Benfica” “Newcastle”, “Chelsea” də “Rubin” üzərində qələbəyə sevinib. “Tottenham” isə “Basel” ilə görüşdə heç-heçəyə razılaşıb.
Avropa Liqası
1/4 final (ilk oyunlar)
4 aprel
Benfica (Portuqaliya) – Newcastle (İngiltərə) - 3:1 (1:1)
Qollar: Rodriqo, 25, Lima, 65, Kardoso, 71-pen - Sisse, 12.
Chelsea (İngiltərə) - Rubin (Rusiya) - 3:1 (2:1)
Qollar: Torres, 16; 70, Moses, 32 - Natxo, 41-pen.
Fenerbahce (Türkiyə) – Lazio (İtaliya) - 2:0 (0:0)
Qol: Vebo, 78-pen, Kuyt, 90.
Tottenham (İngiltərə) – Basel (İsveçrə) - 2:2 (1:2)
Qollar: Adebayor, 40, Siqurdsson, 50 - Stoker, 30, Frey, 34.
