4 aprel 2013 11:27
Aleksandr Səmədov: Andrey Arşavinin Azərbaycana gələcəyinə inanmıram
Futbol üzrə Rusiya yığmasının Azərbaycan əsilli yarımmüdafiəçisi Aleksandr Səmədovun azerisport.az saytına müsahibəsi
- Mətbuatda Andrey Arşavinin “Xəzər Lənkəran”a keçəcəyinə dair xəbərlər dolaşır. Siz bu haqda nəsə bilirsiz?
- Bunu ilk dəfə sizdən eşidirəm. Arşavin hazırda Londonun “Arsenal” klubunda çıxış edir. Hələ onun mövsümün sonunda komandadan gedib-getməyəcəyi bəlli deyil. Bu xəbərə çox təəccübləndim.

- Sizcə, bu, nə dərəcədə mümkündü?
- Mənə elə gəlir ki, bu, çox az inandırıcıdı. İstənilən halda belə futbolçular üçün daha yaxşı variantların olmaması mümkünsüzdü.

- Sizcə, bu amil Arşavinin Azərbaycana gəlməməsi üçün yeganə səbəbdi?
- Heç kimin xətrinə dəymək istəmirəm. Amma Azərbaycan çempionatı ilə Arşavinin səviyyəsi qətiyyən uyğun gəlmir. Arşavinə həmişə böyük maraq var. Əgər o, “Arsenal”la yeni müqavilə bağlamasa, çox güman ki, növbəti belə bir klubla anlaşacaq.

- Bəs ona Azərbaycanda daha çox pul təklif edilsə, onda necə?
- Məsələ pulda deyil. Əlbəttə, mən Arşavinin əvəzinə danışa bilmərəm. Sadəcə, mənə elə gəlir ki, o, hələ pis formada deyil ki, birdən-birə Azərbaycan çempionatında oynamağa razılaşsın. Maliyyə məsələsi əsas səbəb ola bilməz. Həm də Arşavinin özünün çoxlu fanatları var. O, “Xəzər Lənkəran”a keçsə, həmin fanatları futbolçunun çıxışını əvvəlki kimi izləyə bilməyəcəklər.

- Sizcə, Con Toşak amili burda sözünü deyə bilər?
- Toşak tanınmış mütəxəssisdi. Amma təkrar edirəm ki, Arşavin üçün daha yaxşı variantlar ola bilər. Həyatda hər şey olur. Lakin mən onun Azərbaycana gələcəyinə bir o qədər də inanmıram.

- Azərbaycan yığmasının Lüksemburq və Portuqaliyaya qarşı oyunlarının nəticəsini bilirsiz?
- Matçlara baxmamışam, amma nəticələrdən xəbərdaram. Lüksemburqla 0:0 oynadılar, Portuqaliyaya 0:2 uduzdular. Fikrimcə, lüksemburqluları məğlub etmək lazım idi. Amma alınmadı. Bu komandaları müqayisə etdikdə, Azərbaycan daha güclüdü. Portuqaliyaya gəlincə, bu oyunda onsuz da şanslar az idi və gözlənilən oldu.