4 aprel 2013 12:08

75-ci qələbə üçün

Bu həftə Topaz Premyer Liqasında 25-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, tura Qəbələdə start veriləcək. Aprelin 5-də baş tutacaq qarşılaşmada yerli “Qəbələ” “Simurq”u qəbul edəcək.
 
2006/07 mövsümündən Premyer Liqada çıxış edən meydan sahibləri güclülər dəstəsində yubiley – 75-ci qələbəni qazanmaq üçün meydana çıxacaq. İndiyədək ölkə çempionatının yüksək liqasında 74 qələbəsi olan “Qəbələ” son  3 turda bu yubileyi təxirə salıb. AZAL, “İnter” və “Qarabağ”la görüşlərdə 75-i fəth edə bilməyən “qırmızı-qaralar” bunu “Simurq”la matçda gerçəkləşdirməyə çalışacaq.
 
Zaqatala təmsilçisi “Qəbələ”nin tarixində xüsusi yerə malikdir. Belə ki, komanda çıxış etdiyi bütün yarışlarda bu rəqiblə qarşılaşıb. Həm birinci divizion, həm Premyer Liqa, həm də kubokda 2 komanda üz-üzə gəlib. Ümumilikdə bu görüşlərin tarixi 2005-ci ildən başlayır. 8 ilə yaxın müddətdə 20 dəfə üz-üzə gələn komandalar eyni vaxtda – 2006-cı ildə elitaya yüksəlib.
 
21-ci duel ərəfəsində “Qəbələ”nin 9, rəqibinin 7 qələbəsi var. Daha 4 oyun heç-heçə başa çatıb. “Qırmızı-qaralar” indiyədək rəqib qapısına 24 top vurub və 17-ni buraxıb.
 
Premyer Liqadakı oyunlarda da “Qəbələ” top fərqində öndədir – 17:14. Lakin qələbə sayında tarazlıq hökm sürür – hərəyə 6 dəfə. 4 matçda isə qalib müəyyənləşməyib.
 
11-ci dəfə ev sahibi kimi zaqatalalıları qəbul edəcək. Qəbələ təmsilçisi əvvəlki 10 oyunda 6 qələbə qazanıb, 1 heç-heçə edib və 3 dəfə uduzub. Bu görüşlərdə top fərqi 14:6-dır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.