5 aprel 2013 00:25

Derbilərlə zəngin tur

Bu gün futbol Azərbaycan Topaz Premyer Liqasında 25-ci turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hesabat turuna cümə günü start verilsə də, bazar günü yekun vurulacaq.

İlk oyun günündə bir görüş baş tutacaq. “Qəbələ” doğma meydanda “Simurq”la qarşılaşacaq. Hər iki komanda son dövrlər uğursuz çıxışla seçilir. “Qəbələ” hətta son turda “Qarabağ”a məğlubiyyətin ardından baş məşqçisini də itirdi. Bu üzdən də istefa verən Ramiz Məmmədovun əvəzində bu komandanı meydana əvəzedici heyətin baş məşqçisi – ispaniyalı Luis Araqon çıxaracaq. Zaqatala klubu isə son turda doğma meydanda “Bakı”ya uduzub. Bu üzdən də Georgi Çixradzenin yetirmələri bu görüşdə ən azı uduzmamağa çalışacaq. İndiyədək eyni sayda qələbə qazanan komandaların oyunlarında “Qəbələ” top fərqində üstünlüyə malikdi. Lakin son 5 matçda öz  meydanında oynayan komanda qələbə qazana bilmir. Təsnifat mərhələsində Zaqatalada keçirilən oyunda 1:1 hesablı heç-heçə ilə bitmişdisə, Qəbələdəki qarşılaşma “Simurq”un minimal hesablı qələbəsiylə bitmişdi.
 
İlk altılıq çərçivəsindəki daha bir görüş “Bakı” ilə “İnter” arasında keçiriləcək. 33-cü paytaxt derbisi ərəfəsində “Bakı” minimal üstünlüyə malikdi. Lakin son 3 oyunda onlar rəqib qapısına yol tapa bilməyiblər. Ümumiyyətlə başa çatan son 6 oyunda 1-dən artıq qol vurulmayıb. Təsnifat mərhələsində baş tutan “Bakı” – “İnter” görüşü qolsuz heç-heçə ilə bitmişdi. “İnter”in meydanında baş tutan görüşdə isə “bankirlər” 1:0 hesabıyla üstün olmuşdular. Maraq üçün xatırladaq ki, bu komandalar cari mövsümdə ölkə kubokunda da üz-üzə gəlmişdilər. “Bakı”nın meydanında 1:1 hesabı qeydə alınsa da, “Şəfa”da 2:2 hesablı heç-heçəyə razılaşan komandalardan “İnter” mübarizəni dayandırmaq məcburiyyətində qalmışdı. Bu üzdən də son turda “Neftçi”yə uduzmaqla işini çətinə salan “bankirlər” indi “zolaqlılar”dan qisas almaqla azarkeşləri qarşısında bəraət qazanmağa çalışacaq. Lakin bu, elə də asan olmayacaq. Çünki çempionatda itiriləsi heç nəyi qalmayan, son turda səfərdə “Simurq”a qalib gələn “Bakı” da uğurlu çıxışını davam etdirməyə çalışacaq.
 
Turun mərkəzi oyununda isə “Neftçi” “Qarabağ”la üz-üzə gələcək. Əzəli rəqiblərin 51-ci dueli ərəfəsində “Neftçi”nin cüzi üstünlüyü var. Amma bakılılar cari mövsümə təsadüf edən hər 2 matçda minimal hesabla uduzub. Qurban Qurbanovun yetirmələri hər iki görüşü minimal hesablı qələbə ilə başa vurub. “Neftçi” öz meydanında 2 qol vurarsa “Qarabağ”la qarşılaşmalarda yubiley – 50-ci qolunu rəqib qapısından keçirmiş olacaq. Növbəti Azərbaycan derbisi öncəsi “Neftçi” liderdi. Böyükağa Hacıyevin komandası əsas izləyicisi “İnter”dən 4 xal öndədisə, ağdamlıları 6 xal qabaqlayır. Bu üzdən də növbəti qələbə “ağ-qaralar”ı izləyicilərindən daha da uzaqlaşdırmaqla yanaşı, həm də çempionluğa bir qədər də yaxınlaşdıracaq. Bu üzdən də “Qarabağ” nəyin bahasına olur-olsun, aradakı xal fərqini aradan qaldırmağa, ən azı olduğu kimi qalmasına çalışmalıdı. Əks halda çempionatda intriqa daha da zəifləyəcək. Qələbə qazanması Ağdam klubunu ikinci pilləyə yüksəldə də bilər. Təbii ki, “İnter” turu məğlubiyyətlə başa vursa.

İkinci altılıq çərçivəsində isə öncə “Kəpəz” “Xəzər Lənkəran”ı qəbul eəcək. Son 5 oyunda rəqibinə 1 xal da verməyən “Xəzər Lənkəran” çempionatın autsayderi ilə görüşlərdə böyük üstünlüyə malikdi. İndi cənub təmsilçisi autsayderlə görüşdə yeni baş məşqçisi ConToşakın rəhbərliyi altında ilk qələbəsini qazanmağa çalışacaq. Maraq üçün xatırladaq ki, təsnifat mərhələsindəki görüşlərdə “Xəzər Lənkəran” evdə 4:0, səfərdə 1:0 hesabıyla üstün olmuşdu. Elə bu dəfə də sürpriz gözləməyə dəyməz.

Son turda “Turan”ın daşını daş üstə qoymayan “Rəvan” bu dəfə “Sumqayıt”la qarşılaşacaq. Son dueldə rəqibinə uduzan “Rəvan” indiyədək baş tutan 6 matçda üstünlüyə malikdi. Bu komandaların oyunlarında qonaqlar daha üstün çıxış edir. Onlar cəmi 1 dəfə meydanı xalsız tərk edib. Cari mövsüm baş tutan görüşlərə gəlincə, Sumqayıtdakı görüş “Rəvan”ın 1:0 hesablı qələbəsiylə başa çatmışdı. Lakin “aslanlar” evdə 2:3 hesabıyla uduzmuşdular.
 
Nəhayət, turun qapanış matçında AZAL “Turan”la münasibətlərinə aydınlıq gətirəcək. 21-ci dəfə qarşılaşacaq rəqiblərin son oyunlarında AZAL böyük üstünlüyə malikdi. Lakin son 2 oyunda bakılılar qol da vurmayıb. Son 6 qarşılaşmada vurulan bütün qollar isə qonaqların qapısına vurulub. “Turan” bu mövsüm AZAL-ı evdə 1:0 hesabıyla məğlub etməyi bacarıb. Bakıdakı görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
 
Topaz Premyer Liqası
25-ci tur
5 aprel
 
16:00. Qəbələ – Simurq
Qəbələ. Şəhər stadionu.
 
6 aprel
 
15:00. Bakı – İnter
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.
 
16:00. Kəpəz – Xəzər Lənkaran
Bakı. “Dalğa Arena”.
 
17:00. Neftçi – Qarabağ
Bakı. “Bakcell Arena”.
 
7 aprel
 
17:00. Rəvan – Sumqayıt
Bakı. “Bayıl Arena”.
 
17:30. AZAL – Turan
Bakı. “AZAL Arena”.
 
1 Neftçi 24 15 3 6 49 25 +24 48
2 İnter 24 12 8 4 26 14 +12 44
3 Qarabağ 24 11 9 4 31 20 +11 42
4 Simurq 24 10 9 5 26 16 +10 39
5 Bakı 24 7 13 4 26 16 +10 34
6 Qəbələ 24 9 5 10 27 30 –3 32
 
1 AZAL 24 8 9 7 36 27 +9 33
2 XL 24 7 8 9 33 29 +4 29
3 Rəvan 24 8 4 12 30 38 –8 28
4 Sumqayıt 24 7 7 10 25 39 –14 28
5 Turan 24 6 5 13 26 45 –19 23
6 Kəpəz 24 2 4 18 13 49 –36 10
 
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
13 - Franko Nildo (AZAL)
11 - Xuan Manuel Varea (Rəvan)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Riçard Almeyda (Qarabağ).
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.