4 aprel 2013 12:47
Ruslan Abışov Stemford Bricdə məşqə çıxdı (FOTO)
Xəbər verdiyimiz kimi, bu gün Rusiyanın “Rubin” klubu Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə İngiltərənin “Chelsea” klubunun qonağı olacaq. Azerisport.az xəbər verir ki, heyətində futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışovun da yer aldığı komandanın London təmsilçisi ilə görüşü Bakı vaxtı ilə 00:05-də start götürəcək.
Qeyd edək ki, Kazan klubunun heyətində bu oyuna Abışov da yollanıb. Lakin o, Avroliqa üçün komandasının iştirak ərizəsində yer almadığından, “Chelsea” ilə görüşdə iştirak edə bilməyəcək və “Stemford Bric”də “Rubin”ə sadəcə azarkeş kimi dəstək verəcək. Buna baxmayaraq, həmyerlimiz komandası ilə birgə bu möhtəşəm arenada məşq etməyə imkan tapıb.
