4 aprel 2013 12:53
Uruqvay yığmasının Bakıya gələcəyi təsdiqləndi
Xəbər verdiyimiz kimi, bu ilin may - iyun aylarında Bakı şəhərində AFFA-nın təşkilatçılığı ilə 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında III Caspian Cup beynəlxalq turniri keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə iştirakla bağlı növbəti təsdiq məktubu AFFA-ya Uruqvay Futbol Assosiasiyasından göndərilib.
Beləliklə, müvafiq yaş qrupundan ibarət Uruqvay yığması III Caspian Cup beynəlxalq turnirində iştirak edəcək.
Xatırladaq ki, Yaponiya, Türkiyə və ABŞ yığmalarının da III Caspian Cup beynəlxalq turnirində iştirakı təsdiqlənib.
