5 aprel 2013 17:49

Simurq Qəbələ ilə sülhə razılaşdı (YENİLƏNİB)

Bu gün futbol Azərbaycan Topaz Premyer Liqasında 25-ci turun oyunlarına start verilib. Azerisport.az xəbər verir ki, hesabat turunun ilk oyun günündə bir görüş baş tutub.
 
“Qəbələ” doğma meydanda “Simurq”la qarşılaşıb. Ramiz Məmmədovun gedişindən sonra Luis Araqona tapşırılan "Qəbələ" hesabı açan tərəf olub. Lakin son dəqiqələrdə qonaqlar cavab qolunu vurmağı bacarıblar. Nəticədə, ispaniyalı mütəxəssisin debüt matçı sülhlə bitib.
 
Topaz Premyer Liqası
25-ci tur
5 aprel
 
QƏBƏLƏ – SİMURQ - 1:1 (0:0)
Qollar: R.Assis, 54 (1:0), Buşiç, 89 (1:1)
Qəbələ. Şəhər stadionu.
 
Oyun başladı
7. N.Kiso sarı vərəqə alan ilk futbolçu olur
15. R.Abdullayevin cərimə zərbəsi dəqiq olmur
20. "Qəbələ"nin qismən də olsa, üstün oyun sərgilədiyini qeyd etmək olar
21. Dodonun zərbəsi qapının üstündən keçir
28. Qonaqların korner vuruşu uğursuz alınır
38. Ü.Abbasovun qüvvətli zərbəsi qapıdan yan keçir
43. Meydan sahibləri korner yerinə yetirirlər: qapıçı topu uzaqlaşdırır
44. Ü.Abbasov sarı vərəqə alır
Birinci hissə başa çatdı
İkinci hissə başladı
47. Popoviçin iti bucaq altında vurduğu zərbə dəqiq olmur
50. Fasilədən sonra "Simurq" daha fəal təsir bağışlayır
53. Şemonayev də sarı vərəqə ilə cəzalanır
54. R.Assisin cərimə zərbəsi zamanı Petrkeviç topa çox uğursuz toxunur və "Qəbələ" hesabda önə keçir -  1:0
55. Popoviçin zərbəsi zamanı top qapıdan yan keçir
57. Ş.Xəlilovu K.Pulhak əvəzləyir
65. Qoldan sonra "Qəbələ" daha da ürəklənib və qonaqları qapısına sıxışdırıb
66. Kamananı Mendi əvəzləyir
68. "Simurq"da ilk dəyişiklik: Polyakı Burhard əvəzləyir
69. R.Eyyubovu isə Buşiç əvəzləyir
70. Petrkeviç komandasını real qoldan xilas edir
77. Dodo daha bir qol vursa da, öncə ofsayd olduğu bildirilir
82. A.Çertoqanov E.Baxşiyevlə əvəzlənir
85. Popoviçin əvəzində meydana N.Qurbanov çıxır
89. Pulhakın çox kobud səhvindən sonra Buşiç dəqiq zərbə ilə hesabı bərabərləşdirir - 1:1
90. Matçın əsas vaxtına 3 dəqiqə əlavə olunur
Matç başa çatdı
 
QƏBƏLƏ: 25. Dieqo Kosta Silva, 4. Amit Quluzadə, 10. Dodo, 11. Yannik Kamanan, 15. Omar Kalabane, 18. Aleksandr Çertoqanov, 22. Rodriges Assis, 23. Şəhriyar Xəlilov, 27. Rəşad Abdullayev (k), 34. Ürfan Abbasov, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 30. Anar Nəzirov, 6. Nikola Valentiç, 8. Kristian Pulhak, 9. Viktor Mendi, 19. Rövşən Əmiraslanov, 21. Elmar Baxşıyev, 39. Sadiq Quliyev.
SİMURQ: 22. David Petrkeviç, 3. Rasim Ramaldanov (k), 4. Dilaver Zrnanoviç, 6. Anderson Olivyera, 7. Ruslan Poladov, 10. Zdravko Popoviç, 13. Aleksandr Şemonayev, 15. Stepan Polyak, 20. Rəşad Eyyubov, 21. Murad Səttarlı, 28. Nenad Kiso.
Ehtiyat oyunçular: 1. Dmitri Kramarenko, 2. İlkin Qırtımov, 9. Marçin Burhard, 12. Tomislav Buşiç, 14. Asif Mirili, 17. Rüstəm Məmmədov, 19. Nicat Qurbanov.
 
Turun digər oyunları: 6 aprel - 15:00. Bakı – İnter, 16:00. Kəpəz – Xəzər Lənkaran, 17:00. Neftçi – Qarabağ. 7 aprel - 17:00. Rəvan – Sumqayıt, 17:30. AZAL – Turan.
 
1 Neftçi 24 15 3 6 49 25 +24 48
2 İnter 24 12 8 4 26 14 +12 44
3 Qarabağ 24 11 9 4 31 20 +11 42
4 Simurq 25 10 10 5 27 17 +10 40
5 Bakı 24 7 13 4 26 16 +10 34
6 Qəbələ 25 9 6 10 28 31 –3 33
 
1 AZAL 24 8 9 7 36 27 +9 33
2 XL 24 7 8 9 33 29 +4 29
3 Rəvan 24 8 4 12 30 38 –8 28
4 Sumqayıt 24 7 7 10 25 39 –14 28
5 Turan 24 6 5 13 26 45 –19 23
6 Kəpəz 24 2 4 18 13 49 –36 10
 
Bombardirlər:
20 - Nikolas Kanales (Neftçi)
13 - Franko Nildo (AZAL)
11 - Xuan Manuel Varea (Rəvan)
9 - Salif Ballo (Turan), Pərdis Fərcad Azad (Sumqayıt), Riçard Almeyda (Qarabağ).
7 - Zohair Benuahi (AZAL), Baçana Sxadadze (İnter).

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.