4 aprel 2013 13:17
Simurq Qəbələyə iki ciddi itki ilə gəldi
Ötən tur doğma azərkeşlər önündə "Bakı"ya minimal hesabla məğlub olan “Simurq” "Qəbələ" ilə oyunun hazırlıqlarını tamamlamaq üzrədi. Azerisport.az xəbər verir ki, artıq Georgi Çixradzenin yetirmələri Zaqataladakı hazırlıqları tamamlayaraq, Qəbələyə gəlib.
Komandanın heyətində zədəli futbolçu olmasa da, kart cəzalılarının çoxluğu "Qəbələ" ilə oyun öncəsi məşqçilər korpusunu çətin vəziyyətə salıb. Mario Bojiç və Qərib İbrahimov son görüşdə dördüncü sarı vərəqəni aldıqlarından, növbəti turda meydana çıxa bilməyəcəklər. "Bakı" ilə qarşılaşmada dizindən zədə alan qapıçımız David Petzkeviçin durumu isə qənaətbəxştdi. Polşalı əlcək ustası “Qəbələ” ilə görüşdə iştirak edəcək.
Qeyd edək ki, "Qəbələ" - "Simurq" oyunu aprelin 5-də Qəbələ şəhər stadionunda keçiriləcək və qarşılaşma saat 16:00-da start götürəcək.
