4 aprel 2013 13:58
Azərbaycan çempionatında beş hakimli sistem sınaqdan keçiriləcək
Futbol üzrə Azərbaycan çempionatının qarşıdakı turlarından etibarən yenilik tətbiq olunmağa başlayacaq. Azerisport.az saytına bu barədə AFFA Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov məlumat verib.
Onun sözlərinə görə, Topaz Premyer Liqasının növbəti turunda oyunlar beş hakimli sistemlə idarə olunacaqlar.
Qeyd edək ki, bu barədə danışıqlar ötən ilin noyabr ayından gedirdi. Lakin yeni sistemin sınağı məhz indi baş tutacaq. Sınaqlar özünü doğrultsa, AFFA İcraiyyə Komitəsinin növbəti iclasını gözləmək lazım gələcək. Çünki bu haqda yekun qərarı məhz sözügedən qurum verəcək.
