4 aprel 2013 14:25

Mahir Şükürov: Qarabağa qarşı sindromumuz yoxdu

“Neftçi”nin müdafiəçisi Mahir Şükürovun azerisport.az saytına müsahibəsi
 
- “Neftçi” bu mövsüm niyə “Qarabağ”a qalib gələ bilmir?
- Bizim onlara qarşı oyunlarımız alınmamışdı. “İnter”i məğlub edə bildik. İndi “Qarabağ”a qalib gəlməliyik. Şəxsən mənim üçün “Qarabağ”a qarşı oynamaq “İnter”ə qarşı mübarizə aparmaqdan daha asandı.
 
- Niyə?
- Çünki “İnter” müdafiəyə daha çox diqqət ayırır, nəinki “Qarabağ”. Müdafiə olunmağı yaxşı bacaran komandalarla mübarizə aparmaq həmişə çətin olur. Amma etiraf edirəm ki, ağdamlılar da çətin rəqibdilər.
 
- Demək olar ki, “Neftçi”nin “Qarabağ”a qarşı sindromu var?
- Bunu sindrom adlandırmaq olar? Sadəcə, biz bu mövsüm onları məğlub edə bilmirik. Amma çempionat hələ davam edir. “Qarabağ”ın yaxşı heyəti var. Futbolçularının çoxu yığmada çıxış edir.
 
- “Qarabağ”ı məğlub etməməklə lider qalmaq olar?
- Çempion olmaq üçün bütün rəqiblərimizi məğlub etməliyik. Sonra deməsinlər ki, “Neftçi” bütün mövsüm ərzində hansısa komandanı məğlub edə bilmədi. “Qarabağ” üzərində də qələbəyə köklənmişik. Heç-heçə bizim üçün iki xal itkisi olacaq.
 
- Çempionatın bitməsinə səkkiz tur qalıb. “Neftçi”yə neçə qələbə lazımdı ki, komanda sakitləşsin?
- Daha iki qələbə bizi çempionluğa yaxınlaşdıracaq. Amma biz bu tempi sona qədər qoruyub saxlaya bilərik. Son oyunlarımızı doğma meydanda keçirməyimiz bizim üçün müsbət məqam sayıla bilər.
 
- Araz Abdullayevin avtomobilə qəzasına uğraması komandaya nə dərəcədə təsir göstərdi?
- Bütün komanda şokda idi. Qəzanın qurbanlarına görə çox təəssüf edirik. Aydın məsələdi ki, Araz belə bir halın baş verməsini istəmzdi. Amma olan olub və bu durumdan birgə çıxmalıyıq. “İnter” üzərində qələbə də göstərdi ki, biz güclü kollektivik.

- Qəzadan sonra Abdullayevlə görüşmüsüz?
- Əlbəttə, o, mənim üçün kiçik qardaş kimidi. Onun uğurlu çıxışında mənim də rolum var. Həmişə ona düzgün yol göstərmişəm. Böyük qardaş kimi həmişə səhvlərini demişəm. Hesab edirəm ki, onu dəstəkləmək lazımdı. Bu haqda da danışmışam, demişəm ki, güclü olmaq lazımdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.