4 aprel 2013 14:04

Xəzər Lənkəranın qapıçısından penalti rekordu

Orxan Sadıqlı “Xəzər Lənkəran”ın tarixində çempionatın 1 mövsümündə 2 penaltidən qol buraxmayan ilk qapıçı olub. Azerisport.az klub saytına istinadən xəbər verir ki, o, bunu Topaz Premyer Liqasının XXIV turunun AZAL-la oyununda rəsmiləşdirib. Zohair Benouahinin vurduğu 11 metrlik zərbə zamanı qolkiper rəqibi ilə dueldən qalib ayrılıb.
 
Bu isə Orxanın mövsümdə 2-ci belə uğuru olub. Gənc istedad ötən il dekabrın 14-də XVII turun “Neftçi” ilə matçında da belə uğura nail olmuşdu. Həmin vaxt Sadıqlı Nikolas Kanaleslə dueldən qalib ayrılmışdı.
 
Komandanın 9 illik tarixində daha 2 qapıçı – Kamran Ağayev və Dmitri Kramarenko da Orxan kimi 2 dəfə 11 metrlik zərbə zamanı dueldən qalib ayrılıb. Lakin onların heç biri eyni mövsümdə və eyni yarışda buna nail olmayıb. Hər iki uğuru çempionatda olan Ağayev 2006/07 və 2011/12 mövsümlərində buna sevinib. 2007/08 mövsümündə 2 uğuru olan Kramarenko isə 1 dəfə çempionat, 1 dəfə kubokda rəqiblə duelin qalibi olub.
 
Hərəyə 2 dəfə penalti buraxmayan bu 3 qapıçıdan başqa Aleksandr Martyoşkinin də belə nəticəsi var. Ümumilikdə isə komandanın 6 qapıçısı 27 penaltidən 20-ni buraxıb, 7-də qalib ayrılıb: Kamran Ağayev – 13 (2-si qeyri-dəqiq), Dmitri Kramarenko – 6 (2), Aleksandr Martyoşkin – 4 (1), Orxan Sadıqlı – 2 (2), Antonio Doblas, Kamal Bayramov – hərəsi 1.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.