4 aprel 2013 14:19
Xəzər Lənkəran Bakıya yola düşdü
Dünən gündə iki dəfə olmaqla məşqlərini sürdürən “Xəzər Lənkəran” bu gün səhər məşqini də yekunlaşdıraraq Bakı şəhərinə yola düşüb. Azerisport.az xəbər verir ki, sabah Bakıda “Dalğa Arena”da oyun öncəsi son məşqinə çıxacaq “Xəzər Lənkəran” bununla da “Kəpəz”lə matçın hazırlığını tamamlayacaq.
Hazırda komandanın heyətində zədəli oyunçu yoxdu və futbolçular Lənkərandakı bazadan Bakıya qələbə qazanmaq ruhu ilə yola düşüblər.
