4 aprel 2013 14:37
Xəzər Lənkəran: Di Natale ilə maraqlanmırıq
“Xəzər Lənkəran”ın İtaliya yığmasının və “Udinese” klubunun hücumçusu Antonio Di Natale ilə maraqlanması barədə xəbərlər yayılmağa başlayıb. Azerisport.az bu informasiyanın nə dərəcədə həqiqətə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün klubun mətbuat xidmətinə müraciət edib.
Lakin klubdan verilən məlumata görə, “Xəzər Lənkəran” Di Natale ilə maraqlanmır. Bu barədə yayılan xəbərlər isə həqiqəti əks etdirmir.
Qeyd edək ki, 35 yaşlı Di Natale İtaliya yığmasında 42 oyun keçirib və 11 qol vurub.
